Newscenter.az.14.10.2021. "Hazırda Heyvanların İdentifikasiyası və Qeydiyyat Sisteminin yaradılması istiqamətində proqram təminatının yaradılması və test sınaqlarının keçirilməsində operativliyin, o cümlədən sınaq müddətində sonrakı fəaliyyətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir".
"Report" xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində Agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvan xəstəliklərindən azad zonaların yaradılması ilə bağı hüquqi bazanın yaradılması və təşkilati işlərin görülməsinə başlanılıb: “Sistemi tətbiq etməklə bütün heyvanları izləyə biləcəyik. Heyvanların hamısının keçirdiyi xəstəliklər, vaksinasiyası barədə məlumatlar, hansı təsərrüfata aid olduğu barədə informasiyalar sistemdə əksini tapacaq. Heyvan xəstəlikləri üzərində dövlət nəzarətinin təmin olunması heyvan mənşəli məhsulların ixracının artmasına imkan verəcək”.