Newscenter.az.14.10.2021. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
“Report” “HaberGlobal”a istinadən xəbər verir ki, səfər noyabrın 8-də Qarabağ Zəfərinin birinci ildönümü çərçivəsində baş tutacaq.
“Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, - məlumatda bildirilib.