Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Respublika Humanitar Fənlər Gimnaziyası distant təhsilə keçib



Newscenter.az.14.10.2021. Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.
Xəbəri paylaş