Newscenter.az.14.10.2021. Türkiyə İxracatçılar Məclisi (TİM) Covid 19-un ixracata təsirini azaltmaq məqsədilə təşkil etdiyi Virtual Ticari Heyət layihələrinə davam edərkən, bir yandan da pandemiya səbəbindən dayandırılan Fiziki Ticari Heyətlərə başladı. TİM 19 ay sonra ilk dəfə olaraq fiziki ticari heyəti qardaş ölkə Azərbaycana təşkil etdi.
Newscenter.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə 11-14 oktyabr tarixində Türkiyə İxracatçılar Məclisinin idarə heyətinin üzvü Səlahəddin Kaplanın rəhbərliyi ilə Azərbaycanın paytaxtı Bakıda ilk Fiziki Ticari Heyət təşkil olundu. Layihə zamanı 155-dən çox işgüzar görüş gerçəkləşdi.
Fiziki Ticari Heyətləri başlamasıyla bağlı dəyərləndirmə edən TİM sədri İsmail Gülle: “ Pandemiya zamanı da durmadan çalışdıq. 19 aylıq bir müddətdə toplam 72 ölkəyə 94 Virtual Ticari Heyət gerçəkləşdirdik. Tarix, dil, din, mədəniyyət baxımından ortaq dəyərlərə sahib olduğumuz Azərbaycanla keçmişimiz və gələcəyimiz də birdir. Məhz bu səbəbdən 19 ay sonra ilk fiziki ticari heyətimizi dost və qardaş ölkə Azərbaycanda təşkil etmək bizim üçün xüsusi önəm daşıyır” dedi.
İqtisadi və ticarət diplomatiyasının peşəkarı olan Türk ixracatçısı pandemiya dövründə də hər ay ixracatda rekor rəqəmlərlə tarixi uğurlara imza atır. 61 ixracatçı birliyi, 27 sektor və 100 min ixracatçını özündə birləşdirən Türkiyə İxracatçılar Məclisi (TİM), bir yandan pandemiya dövründə iştirakçı firmalara yeni iş birlikləri və satışlar üçün fürsət yaradan, ixracat rəqəmlərini yüksəldən Virtual Ticari Heyət proqramlarına davam edərkən, digər tərəfdən də pandemiya sonrası dövründə fiziki ticari heyətlərə başladı.
İ. Gülle: - “Azərbaycanla bütün sektorlarda iş birliyimizi artırmalıyıq.”
“Bir millət, iki dövlət” siyasi dostluq konsepsiyası ilə hər keçən gün daha da artan qardaşlıq təfəkkürü ilə bu günlərə gəldik. Birlik və bərabərlik ruhumuzu bütün mövzularda təkmilləşdirməli və iş birliyimi artırmalıyıq. Ticarət- inkişaf etdirilməsi zəruri olan mövzuların içərisində öncəlik daşıyır” dedi.
S. Kaplan:- “Ölkəmiz qardaş ölkə Azərbaycanın ən böyük ticari ortağıdır.
Türkiyə və Azərbaycanın strateji mövzularda regional və dünya çapında önəmini artıran sənayeləşmə yolunda əmin addımlarla irəliləyən iki önəmli ölkə olduğuna diqqət çəkən TİM idarə heyətinin üzvü Səlahəddin Kaplan öz çıxışında bildirdi ki, qarşılıqlı ticarətdə son 19 ildə önəmli bir yol qət etdik. “Ölkəmiz qardaş ölkə Azərbaycanın ən böyük ticari ortağıdır. Azərbaycana bu ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 16,5 % artımla 1,73 milyon dollar ixracat etdik. Qardaş ölkəyə bu il kimyəvi maddələr və məhsulları sektorunda (ötən ilin 9 ayı ilə müqayisəyə görə) 22,1 % artım və 372 milyon 802 min dollarlıq ixracatla ilk sırada yer alır. Bu sektorları sırasıyla 49,6 % artımla 184 milyon dollara çatan Müdafiə və Hava Qüvvələri Sənayesi, 12,4% artımla 136,6 milyon dollarla Elektrik, Elektronika, 8,8% artımla 104,6 milyon dollarla Mebel, Kağız və Meşə Məhsulları sektorları təkib etdi” ifadələrini qeyd etdi.
Sevinc