Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aeroport yolunda daha bir avtobus qəzası



Newscenter.az.15.10.2021. Bakıda hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza Mərdəkan istiqamətində, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

Belə ki, "Mercedes Sprinter" markalı mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, mikroavtobus və elektrik dirəyinə ciddi ziyan dəyib.

Qəzanın baş vermə səbəbi araşdırılır.
Xəbəri paylaş