Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 1 850 nəfər koronavirusa yoluxub



Newscenter.az.15.10.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 498 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 964 nəfər müalicə olunaraq sağalıb, 6 734 nəfər vəfat edib. 14 932 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 346, bu günə qədər isə ümumilikdə 5 000 973 test icra olunub.
Xəbəri paylaş