Bakıda 14 yaşlı qız özünü 9-cu mərtəbədən ataraq intihar edib
Tarix: 15-10-2021, 09:00
Newscenter.az.15.10.2021. Bakıda yeniyetmə intihar edib.
“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində 14 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.