Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buster əvvəlki peyvəndlərin effektivliyini gücləndirir



Newscenter.az.15.10.2021. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli tədbirlər həyata keçirilməyə başlanıb. Pandemiya dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır.

Dünya ölkələri və xalqları pandemiyaya qarşı mübarizəni davam etdirir. Müşahidə olunan tendensiyalar mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Təbii ki, bu prosesdə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Xüsusilə, vaksinasiyada iştirak vətəndaş məsuliyyətinin əsas göstəricisidir. Dünyada “vaksin millətçiliyi”, eləcə də vaksinin əlçatanlığında müşahidə olunan çətinliklərə rəğmən bu gün ölkəmizdə əhalinin 4 növ vaksin seçimi var. “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Mütəxəssislər də israrla bildirirlər ki, bu vaksinlərin hər biri effektiv və təhlükəsizdir. Bu gün isə dünyada müşahidə olunan tendensiya onu göstərir ki, pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər.

Azərbaycan iqtidarı başlanğıcdan pandemiyaya qarşı çox ciddi, təmkinli, məntiqi və konstruktiv fəaliyyət modeli seçdi. Ölkə rəhbərinin başçılığı ilə çevik fəaliyyət komandası yaradıldı və cəmiyyətin bütün sferalarını yeniləşdirən proseslər daha da gücləndirildi. Pandemiyanın meydana gətirdiyi müxtəlif problemlərə qarşı da mükəmməl sistemli və dinamik fəaliyyət modeli quruldu. Təsadüfi deyil ki, qısa müddətdə Azərbaycan bu istiqamətdə ciddi uğurlar əldə etdi.

Ən əsası isə ölkənin sosial-iqtisadi inkişafı dinamikadan düşmür. Azərbaycan dövlət olaraq kifayət qədər fəal surətdə həm pandemiya ilə mübarizə aparır, həm ehtiyacı olan ölkələrə yardım edir, həm də özünün islahatlarını sistemli formada dayanmadan davam etdirir. Şərti olaraq ayırdığımız bu üç istiqamətdə Azərbaycanın əldə etdiyi nailiyyətlər bir daha onun Cənubi Qafqazın şəriksiz lideri olduğunu sübut etməkdədir.

Hazırda dünyanın bir nömrəli problemi sayılan COVID-19 pandemiyasına qarşı Azərbaycanda vaksinasiya prosesi uğurlu şəkildə həyata keçirilir. Məlumdur ki, peyvəndləmə xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını almaq üçün həyata keçirilir. Insanın immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yarada bilir. Bunulada orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və nəticədə ağırlaşmanın qarşısı alınır.

Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür. Ölkədə üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 50-dən yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir. Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.

Naftalan şəhərində vaksin olunma üçün nəzərdə tutulan əhali sayı üzrə vaksin olunma göstəricisi 72,8% təşkil edir.

Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Xəbəri paylaş