Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb



Newscenter.az.15.10.2021. Şimali Osetiyanın paytaxtı Vladikavkaz şəhərində yerləşən cəzaçəkmə müəssisəsində qaldırılan qiyamın qarşısı alınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri 600 məhbusun olduğu 1 saylı koloniyada baş verən iğtişaşları yatırıb.

Şimali Osetiya ombudsmanı Tamerlan Tsqoyevin deyib ki, vəziyyət nəzarət altındadır, koloniya mühasirəyə alınıb.

Qeyd edək ki, hadisə Vladikavkazın Karabulakskaya küçəsi, 1 ünvanında yerləşən islah-əmək müəssisəsində baş verib.

Zərərçəkənlər haqqında məlumat dəqiqləşdirilir.
Xəbəri paylaş