Newscenter.az.15.10.2021. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi istiqamətində işləri davam etdirir.
AQTİ-dən Newscenter.az-a verilən məlumata görə, əməkdaşlıq əlaqələrinin müzakirəsi və məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə oktyabrın 14-də AQTİ ilə “Ferrero” şirkətinin Keyfiyyətə nəzarət departamentinin nümayəndələri arasında görüş keçirilib.
Görüş çərçivəsində tərəflər analiz nümunələrinin qəbulu, idarə edilməsi üzrə əməkdaşlıq əlaqələrinin qurulması və Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi, o cümlədən gələcəkdə qarşı tərəfin nümayəndələrinin AQTİ laboratoriyalarına səfərlərinin təşkil edilməsi ilə bağlı razılığa gəliblər.
Sevinc