Newscenter.az.16.10.2021. 16 oktyabr Ümumdünya Qida günü münasibətilə Qida Təhlükəsizliyi Hərəkatı və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşəbbüsü ilə qida təhlükəsizliyi sahəsində ictimai nəzarəti gücləndirmək məqsədilə yeni istifadəyə verilmiş "whatsapp" qida xəttinin təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, təqdimatda Qida Təhlükəsizliyi Hərəkatının və Azərbaycan Qida Təhlükəsizliyi İctimai Birliyinin həmsədrləri Məhsəti Hüseynova, Asim Vəliyev, Qida Məhsulları Texnologiyaları Departamentinin rəhbəri Ağa Salamov, ATQTİB-in könüllülər departamentinin rəhbəri Ağalar Salmanov, Gənclərin Töhfəsi İctimai Birliyinin idarə heyətinin üzvü, hüquq departamentinin direktoru Rəşad Nəbiyev, Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov və digər şəxslər iştirak ediblər.
Tədbir "whatsapp" qida xəttinin daha geniş kütləyə çatdırılması və qida təhlükəsizliyi sahəsində ictimai nəzarəti gücləndirmək istiqamətində müzakirələrlə davam etdirilib.
Sevinc