Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Akif Nağı: "Dövlət vətəndaşların vəziyyətini nəzərə almalıdır"



Newscenter.az.17.10.2021. "Təbii qazın və elektrik enerjisinin qiymətini qaldırdılar. Əlbəttə, qiymətin qalxması yaxşı hal deyil, hamının vəziyyətinə pis təsir edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı səsləndirib. O bildirb ki, dövlət vətəndaşların vəziyyətini nəzərə almalıdır:

"Partiyalar bundan reytinq toplamaq üçün istifadə edirlər. Bu da təbiidi. Mən bir qədər fərqli yanaşmağı təklif edirəm. Dövlət və hökumət vətəndaşlarla birlikdə harmoniya şəraitində vahid orqanizmə çevrilməlidir. Dövlət vətəndaşlar , vətəndaşlar isə dövlət qarşısında öhdəliklərini yerinə yetirməlidir".

Akif Nağı onu da qeyd edib ki, dövlət istənilən qərarı qəbul edərkən, ilk növbədə bu qərarın xalqın vəziyyətinə necə təsir edəcəyini nəzərə almalıdır:

"Vətəndaş öz dövlətinə və hökumətinə inanmalı , onların qərarlarını anlayışla qarşılamalıdır. Qarşılıqlı inam və etibar dövlət və millət üçün çox vacibdir. Bu yöndə irəli getməyi bacarmalıyıq".

Mehman
Xəbəri paylaş