Azərbaycan Prezidenti Füzuli şəhərinin təməl daşını qoyub
Tarix: 17-10-2021, 17:31
Newscenter.az.17.10.2021. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.
"Report" xəbər verir ki, dövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.
Səfərlə bağlı hazırlanan geniş reportaj oktyabrın 18-də təqdim olunacaq.