Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" şəhid və qazi ailəsinin problemini həll edib



Newscenter.az.17.10.2021. Birliyə daxil olan şəhid və qazi ailəsinin müraciəti həllini tapıb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev deyib ki, Şahlar Məmmədov Vətən müharibəsində iştirak edib və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Onun atası Şahin Məmmədov Neftçala rayonunun Ərəbqardaşbəyli kəndində şəhidin vaxtilə yaşadığı fərdi yaşayış evinin qarşısında övladı üçün xatirə lövhəsi inşa etmək istəyib:

"Lakin həmin ünvanın qarşısından keçən qaz xəttinin bəzi hissəsi xatirə lövhəsinin quraşdırılmasını mümkünsüz etdiyindən şəhid atası qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı bizə müraciət edib. Şəhid ailəsinin müraciətinin həll olunması istiqamətində tərəfimizdən qısa zamanda işlərə başlanıldı və şəhid ailəsinin müraciəti həllini tapdı".

Ruslan Əliyev həmçinin bildirib ki, torpaqlarımızın azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında iştirak edərək yaralanan Salyan rayonunun Kürsəngi kənd sakini Ağasəf Zərbəliyev də diqqətdən kənarda qalmayıb:

"Qarabağ qazisi ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı bizə müraciət edib. Əməkdaşlarımız sözü gedən ünvana baxış keçiriblər və qısa zamanda işlərə başlanılıb. Qazinin müraciəti əsasında qapı keçidi quraşdırılıb".

Sevinc
Xəbəri paylaş