Newscenter.az.17.10.2021. "Qürur hissi!!! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları – polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!"
Newscenter.az xəbər verir ki, bu fikirləri Birinci Vitse-prezident Mehriban xanım Əliyeva facebook sosial şəbəkə səhifəsində paylaşıb.
Qeyd edək ki, oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Füzuli rayonuna səfər ediblər.