Newscenter.az.17.10.2021. Oktyabrın 17-də Azərbaycan Demokratiya və Rifah Partiyasının təsis qurultayı keçirlib. 88 nəfər qurultay nümayəndəsindən 82-nin iştirakı ilə keçirilən qurultayda ADR Partiyası təsis edilib,
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı partiyanın sədri Qubad İbadoğlu verib. Bildirib ki, qurultayda partiyanın nizamnamə və proqramı qəbul edilib, partiya sədri və MNTK üzvləri seçilib:
"Həmçinin Ali Məclisini formalaşdırdı, rəhbər orqanlara seçkini başa çatdrımaq üçün ALi Məclisə səlahiyyət verildi".
Qurultayda Qubad İbadoğlu növbəti 4 il üçün partiyanın sədri seçilib:
"Bu məsuliyyətli və şərəfli işi uğurla davam etdirmək üçün sizlərdən daim dəstək gözləyirəm. İnanıram ki, mübarizəmiz qələbə ilə başa çatacaq, Azərbaycana demokratiya və azadlıqlar gətirəcək, əhalinin maddi rifahının və təhlükəsizliyinin yüksəlməsinə nail olacaq".
Mehman