Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son sutkada peyvənd olunanların sayı açıqlanıb



Newscenter.az.17.10.2021. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 462 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 500 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 194 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 151, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 281 təşkil edir.
Xəbəri paylaş