Newscenter.az.18.10.2021. Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) təşkilatçılığı ilə Avrasiya Xidmət Ödüllərinin 2021-ci il üçün qaliblərinə mükafatların təqdimetmə mərasimi keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı EkoAvrasiya rəhbəri Hikmət Eren verib. Bildirib ki, oktyabrın 21-də baş tutacaq mükafatlandırma mərasimi Ankara Rəsm və Heykəl Muzeyinin tarixi Türk Ocaq salonunda baş tutacaq.
Mərasimdə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın da iştirakı nəzərdə tutulub.
NEWSCENTER.AZ