Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əməkdar jurnalist vəfat edib-FOTO



Newscenter.az.18.10.2021. Azərbaycanın Əməkdar jurnalisti Tamilla Haşımova vəfat edib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

T.Haşımova uzun sürən xəstəlikdən sonra Rusiyanın paytaxtı Moskva şəhərində dünyasını dəyişib. Mərhum ötən gün torpağa tapşırılıb.

Qeyd edək ki, T.Haşımova uzun illər Azərbaycan Dövlət televiziyasında müxtəlif vəzifələrdə çalışıb, rus dilində verilişlər hazırlayan “Dostluq” baş redaksiyasına rəhbərlik edib. 2002-ci ildə isə Prezident təqaüdünə layiq görülüb.

Xəbəri paylaş