Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əməkhaqları və pensiyalar nə qədər və nə vaxtdan artacaq?



Newscenter.az.18.10.2021. İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamından sonra hər kəsi düşündürən odur ki, görəsən əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğləri nə qədər və nə vaxtdan artacaq. Bununla əlaqədar olaraq aşağıdakıları bildirmək istərdim.

Əvvala onu qeyd edim ki, Nazirlər Kabinetinin prezidentin tapşırığı ilə təkliflər hazırlaması və oktyabrın ayının ikinci yarısında 2022-ci ilin büdcə layihəsinə daxil edilməsi Qanuna ziddir. Qanuna görə, hökümət oktyabrın 15-dək növbəti ilin büdcə layihəsini parlamentə təqdim etməli idi. Eyni zamanda əhalinin sosial müdafiəsinin qorunması hökümətin əsas funskiyalarından biridir və buna rəğmən əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artımı qiymət artımına qədər həyata keçirilməli, gələn il üçün nəzərdə tutulan artım büdcəyə indiyədək daxil edilməli idi.

DSK yaydığı saxta məlumata görə, ötən ilin yanvar-sentyabr aylarına nisbətən inflyasiya 5,2 faiz olub. Eləcə də ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,6 faiz bahalaşıb. Görünür ki, inflyasiya səviyyəsinin məqsədli şəkildə aşağı göstərilməsi növbəti ildən pensiya istisna olmaqla əməkhaqları, sosial müavinətlər və təqaüdlərin 5-10 faiz artırılmasına hazırlıq xarakteri daşıyır. Əgər sosial narazılıqlar kütləvi xarakter almazsa, böyük ehtimalla bu artım gələn ilin yanvarından deyil, ən yaxşı halda ikinci rübündən həyata keçiriləcək.

Pensiyalara gəlincə gələn ilin fevral ayında pensiyaların indekslərşdirilməsi orta illik artım tempinə uyğun aparılacaq. DSK-nın məlumatına görə, 2021-ci ilin yanvar-iyul ayları 2020-ci ilin yanvar-iyul aylarına nisbətən orta aylıq nominal əməkhaqqı 1,8 faiz artıb. Bu rəqəm ilin sonunadək 2 dəfə yüksələcəyi halda (əksinə aşağı da düşə bilər) pensiyalar 2, 3 və ya 4 faiz indeksləşdirilməklə gələn ilin yanvar ayından arta bilər. Belə olanda da pensiyaların artımı cüzi məbləğlərlə ifadə olunacaq.

Hələlik bunları oxuyub, nəticə çıxarın, sonra bu barədə yenə yazacam, rəsmi televiziyalardakı yalanlara inanmayın, sonda da görəcəksiniz ki, mən dediklərim olacaq, necə ki, əvvəlcədən qiymətlərin bahalaşmasının proqnozunu vermişdim, indi də maaşları, pensiya və təqaüdlərin nə qədər və nə vaxtdan artacağını proqnoz edirəm.

Başqa bir proqnoz odur ki, "Azəristiliktəchizat"ın noyabrın 15-dən sizə verdiyi istiliyin qiymətini artacaq, bu il həmçinin ictimai nəqliyyatda gediş haqqı da bahalaşacaq.

Maksimum bəyənin və paylaşın ki, bu doğrulardan xalq xəbər tutsun və işini bilsin.

Qubad İbadoğlu-iqtisadçı ekspert
Xəbəri paylaş