Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqilliyimizin bərpası gününü bütöv Azərbaycan çərçivəsində qeyd edirik



Newscenter.az.18.10.2021. "Tarixi mərhələlərdə Azərbaycan xalqı Müstəqil olmaq ideyalarını heç zaman unutmamış, nəsildən - nəsilə ötürmüşdür".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səsləndirib. Partiya sədri qeyd edib ki, müstəqilliyimizin bərpası gününü biz artıq uzun müddət işğala məruz qalan torpaqlarımızın azad edilməsi ilə bütöv Azərbaycan çərçivəsində qeyd edirik:

"Belə bir tarixi bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza və Qəhrəman əsgər və zabitlərimizə minnətdarlıq ifadə edir, bu Zəfəri bizə yaşadan Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirəm".

Mehman
Xəbəri paylaş