Newscenter.az.19.10.2021. "Azərbaycanın qanunvericilik aktları üzrə İİV-infeksiyasının diaqnozu klinik, laborator və epidemioloji məlumatlar əsasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ekspert Şurasının qərarı ilə qəbul edilir və təsdiqlənir. İİV-ə yoluxması təsdiq olunan insanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər, onlar burada qeydiyyata alınır və həmin vaxtdan etiotrop antiretrovirus terapiyasına qoşulur".
Bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanda QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb: "Həmin vaxtdan 2021-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəsmi olaraq 7552 İİV-infeksiyası ilə yaşayan xəstə qeydiyyata alınıb, onlardan təxminən 70 faizi kişilər təşkil edir".