Newscenter.az.19.10.2021. Paytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 322 nömrəli tam orta məktəbdə COVİD-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.
Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
R.Mehdiyeva