Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc fermerlər üçün beş günlük təcrübə proqramı təşkil olunub



Newscenter.az.19.10.2021. Qəbələ, Oğuz, Biləsuvar, Beyləqan, Samux regionlardan olan 8 nəfər gənc fermer ölkənin aparıcı arıçılıq təsərrüfatı olan “API DELTA Group” MMC-də təcrübə keçmək imkanı əldə ediblər.

Newscenter.az xəbər verir ki, arıçılıq fəaliyyətinə maraq göstərən gənclər Qax rayonunda yerləşən təsərrüfat sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edib, birbaşa iş prosesinə cəlb olunublar.

Damazlıq ana arı və arı südü əldə olunması, bal məhsulu üçün ən yaxşı bitkilər və ağaclar, arıların gənə və digər zərərverici ilə mübarizə, dərmanlama prossesi və digər biliklər əldə edən gənc fermerlər həmçinin sahədə stasionar və köçəri arıxanalarla, köçürülən arıların məhsuldarlığı ilə tanış olublar. Təcrübə proqramının sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FAPP) çərçivəsində həyata keçirilən layihə, Azərbaycanın kənd təsərrüfatı sektorunda gənclərin məşğulluğunun artıtılmasını təşviq edir. Layihə çərçivəsində xüsusilə kənd yerlərində gənc fermerlərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsinə yönəlmiş AMAL layihəsinin əsas məqsədi regionlarda yaşayan gənclərin aqrar məşğulluğunun artırılmasına və sahibkar kimi formalaşmalarına dəstək verməkdir.

Sevinc
Xəbəri paylaş