Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq



Newscenter.az.19.10.2021. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu ölkənin səkkiz diplomatının NATO-dan çıxarılmasına münasibət bildirib.

“Report" TASS-a istinadən xəbər verir ki, Peskov bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, Rusiyanın səkkiz diplomatının NATO-dan çıxarılması ilə bağlı cavab tədbirləri kimi adevkat addımlar atılacaq.

“Dəfələrlə demişik ki, tanqonu tək oynamaq mümkün deyil və biz bunu etməyəcəyik. Buna adekvat cavab isə NATO-nun Moskvadakı hərbi əlaqə missiyasının və qurumun məlumat bürosunun işinin noyabrın birindən etibarən dayandırılmasıdır", - D.Peskov deyib.

Qeyd edək ki, bu günlərdə Rusiyanın səkkiz diplomatı NATO-dan çıxarılıb.
Xəbəri paylaş