Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanın spikeri: “Azərbaycan hökuməti və xalqını səmimi qəlbdən təbrik edirəm”

Pakistanın spikeri: “Azərbaycan hökuməti və xalqını səmimi qəlbdən təbrik edirəm”


Newscenter.az.19.10.2021. “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş tədbirdə çıxış etmək şərəfdir. Azərbaycan hökumətini və xalqını səmimi qəlbdən təbrik edirəm”.

Newscenter.az xəbər verir ki, bu barədə Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysər tviterdəki səhifəsində etdiyi paylaşımda yazıb.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş tədbirdə çıxış edən parlament Sədri sosial şəbəkədəki paylaşımında iki ölkə arasında dostluq münasibətlərinin güclü olmasından bəhs edib.

“Pakistan və Azərbaycanı dərin etimad və dostluq əlaqələri birləşdirir. Ümumi məqsədlərimizə çatmaq üçün birlikdə çalışmağa ümid edirəm”, - deyə Pakistan Milli Assambleyasının Sədri vurğulayıb.

Anar TAGIYEV
Xəbəri paylaş