Newscenter.az.19.10.2021. Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyi ilə bağlı təbrikə görə təşəkkür edib.
Newscenter.az xəbər verir ki, Azərbaycan parlamentinin sədri bu barədə özünün tviterdəki hesabında yazıb.
“Hörmətli həmkarım, Pakistan Milli Assambleyasının sədri cənab Əsəd Qeyserə daimi dəstəyinə görə təşəkkür edirəm. Xalqlarımızın ortaq tarixindən qaynaqlanan Azərbaycan və Pakistan arasındakı qardaşlıq əbədi olaraq davam edəcək”, - deyə Sahibə Qarafova qeyd edib.
Daha əvvəl Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər tviterdəki səhifəsində Azərbaycan hökumətini və xalqını müstəqilliyin bərpasının 30 illiyi münasibətilə təbrik edib.