Newscenter.az.20.10.2021. Baş Prokurorluq Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. M.Qasımlı və İ.Qasımzadə vəfat edib.
"Faktla bağlı araşdırma aparılır", - Mətbuat Xidmətindən bildirilib.