Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bal yarmarkasına təqdim olunan arıçılıq məhsulları AQTA-nın laboratoriyalarında müayinədən keçirilib



Newscenter.az.20.10.2021. 20 oktyabr-7 noyabr tarixlərində Bakı şəhəri, Nərimanov rayonu, M. K. Atatürk küçəsində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində bal nümunələrinin laborator müayinəsi həyata keçirilib.

Newscenter.az. AQTA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Ümumilikdə, götürülən 1093 nümunədən 64-ü, təxminən 6 %-i keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq.

Mehman
Xəbəri paylaş