Newscenter.az.20.10.2021. Artıq Dağlıq Qarabağ adlı bir ərazi yoxdur və münaqişə tamamilə öz həllini tapıb. Ermənistan kapitulyasiya aktını imzalayıb, məğlubiyyətini etiraf edib. Azərbaycan zərrə qədər təhlükə hiss etsə, həmin qüvvələr dərhal məhv ediləcək 30 ilə yaxın müddət ərzində Azərbaycanın 20 faizə yaxın ərazisi mənfur qonşusu erməni faşistləri tərəfindən işğal edilib.Təəssüf ki, beynəlxalq ictimaiyyət bu prosesə göz yumdu və ikili standart nümayiş etdirdilər. Bu münaqişənin sülh yolu ilə həll etməyə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrləri isə regiona yalnız turistlik səfərlər edirdilər. Bir sözlə, münaqişəni sülh yolu ilə həll edə bilmədilər.
Beynəlxalq qətnamələr və sənədlər Azərbaycanın tərəfində olsa da, ölkəmizin ərazi bütövlüyü hüquqi olaraq tanınsa da, bu problemin sülh yolu ilə həllinə nail olunmadı və qarşı tərəfə heç bir təzyiq nümayiş etdirilmədi. Təəssüf ki, azərbaycanlılara qarşı hərbi cinayət və soyqırım törədən erməni terroristləri cəzasız qaldı. Ötən müddət ərzində öz ordusunu, iqtisadi gücünü artıran Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı ərazi bütövlüyünü bərpa etdi və erməni terroristlərini Qarabağdan qova bildi. Bu gün Azərbaycan çox güclü orduya sahibdir və regionun ən güclü dövlətidir. Azərbaycan haqlı mübarizə aparıb ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dəmir yumruğu düşmənin başına elə dəyib ki, onların hər hansı bir xırda səhvi qətiyyən bağışlana bilməz. Azərbaycan zərrə qədər təhlükə hiss etsə, yerindəcə həmin qüvvələr məhv ediləcək. Bir sözlə, əgər Ermənistan baş vermiş hadisələrdən düzgün nəticə çıxarmasa, öhdəlikləri yerinə yetirməzsə və regionda sülhün daimi olması üçün cəhdlər göstərməzsə, özlərini region dövlətlərdən tamamilə tədric edəcəklər. Nəticədə onlar öz müstəqilliklərini belə, şübhə altına qoyacaqlar. Ermənistan tək bir çıxış yolu var - Türkiyə və Azərbaycanla əlaqələrini gücləndirmək, region dövlətlərinə qarşı ərazi iddialarından əl çəkmək və revanşis fikirlərindən daşınmaqdır. Odla oynamaq Ermənistana bundan sonra da xeyir verməyəcək. Biz növbəti 10-15 ili hansısa münaqişəyə və ya problemin həllinə həsr etmək istəmirik, bunun əvəzinə regionda iqtisadi inkişafa və sülhə nail olmaq olar.
Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilatının səlahiyyətlərini icra edən