Parlamentdə təmsil olunan partiyalar YAP-da toplanacaq
Tarix: 20-10-2021, 11:55
Newscenter.az.20.10.2021. “İlk dəfə olaraq YAP-da parlamentdə təmsil olunan siyasi partiya sədrlərinin, komitə sədrlərinin iştirakı ilə tədbir keçiriləcək”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tədbir sabah baş tutacaq.