Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadınlarımız ailədə vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar



Newscenter.az.20.10.2021. "Qadınsız heç bir cəmiyyət, sosial təsisat ola bilməz, olsa da, natamam olar. Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Qadın ailənin möhkəmliyini, onun bütövlüyünü qoruyan, yeni nəsli böyüdən, tərbiyə edəndir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, qadın, ana, xanım - triadasının fəlsəfəsi özlüyündə bu rolun mahiyyətini açır:

"O, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən qadındır. O, dünyaya yeni insan bəxş edən, onu adət-ənənələrimizə, milli dəyərlərimizə uyğun böyüdən, tərbiyə edən anadır. O, cəmiyyətin inkişafında, dövlət quruculuğunda xüsusi rol oynayan xanımdır, vətəndaşdır. Qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, ailədə vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim ehtiramla yanaşmışdır".

Mehman
Xəbəri paylaş