XİN Zəngilanın işğaldan azad olunması ilə bağlı paylaşım edib
Tarix: 20-10-2021, 07:36
Newscenter.az.20.10.2021. Xarici İşlər Nazirliyi özünün tviter səhifəsində Zəngilan rayonunun işğaldan azad olunması ilə bağlı paylaşım edib.
Newscenter.az xəbər verir ki, paylaşımda deyilir:
“20 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərində üçrəngli bayrağımızı ucaltdı”.