YAP-da yeni şöbə yaradılıb
Tarix: 20-10-2021, 11:35
Newscenter.az.20.10.2021. “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının strukturunda ayrıca olaraq gender məsələri şöbəsi yaradılıb”.
“Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.