Newscenter.az.21.10.2021. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə əlaqədar jurnalistlər üçün müsabiqə elan edir.
Newscenter.az-a nazirlikdən bildirilib ki, müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:
“Telefon rabitəsi – İKT – Rəqəmsal inkişaf” mövzusunda
Ən yaxşı veriliş
Ən yaxşı reportaj
Ən yaxşı məqalə
Müsabiqəyə təqdim olunmuş yazılarda aşağıdakı meyarlara üstünlük veriləcək:
• Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;
• Faktların və məsələlərin düzgün təhlili;
• Oxucu üçün informasiyalılıq dərəcəsi;
• İfadə vasitələrinin zənginliyi;
Müsabiqədə iştirak edən müəlliflərin hazırladıqları məqalə və videomateriallar 25 oktyabr – 6 dekabr tarixləri aralığında yayımlanmalıdır. Materialların linkləri [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Materiallarla birlikdə müsabiqədə iştirak edən müəllif özü barədə məlumatları (adı, soyadı, iş yeri və vəzifəsi, əlaqə telefonu və elektron poçt ünvanı) təqdim etməlidir.
Bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.
Nominasiyalar üzrə qəbul olunmuş materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Onların adları 22 dekabr tarixində açıqlanacaq.
Qaliblərə pul mükafatı təqdim olunacaq.
Sevinc