Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb



Newscenter.az.21.10.2021. Kaspersky-nin “Kiçik və orta biznes: pandemiyada sağ qalmaq” adlı sorğusu* göstərib ki, kiçik şirkətlər müxtəlif kibertəhlükəsizlik problemlərilə üzləşirlər. Demək olar ki, hər üçüncü şirkət (31%) bir əməkdaşa bir neçə cihaz düşməsi səbəbindən informasiya təhlükəsizliyi çətinliyi yaşayır, 29% şirkətlərdə əməkdaşların şəxsi cihazlarında korporativ məlumatların necə qorunması ilə bağlı suallar yaranır, 26%-də isə əməkdaşlar arasında rəqəmsal savadlılıq çatışmazlığı problemi müşahidə olunur. Təxminən hər dördüncü şirkətin (23%) qarşılaşdığı problem əməkdaşların sistemə giriş üçün hər dəfə öz ayrıca login və şifrəsindən istifadə etməməsi, hər beşinci şirkətdə (21%) isə onlar tərəfdən elektron yazışmalarda informasiya təhlükəsizliyi qaydalarına əməl olunmaması ilə bağlıdır. Şirkətlərin 22%-i üçün informasiya təhlükəsizliyi sahəsində əsas problemlərdən biri öz İT sistemlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin etməkdir.

Sorğu nəticəsində məlum olub ki, şirkətlər kibertəhlükəsizliklə bağlı tövsiyələrə ehtiyac duyur. Belə ki, respondetlərin 36%-i məlumat sızmaları ilə mübarizə, 32%-i bulud xidmətlərində təhlükəsizliyin təminatı, 29%-i isə fidyə proqramlarının qarşısını almaq və əgər onunla qarşılaşıblarsa, nə etmək lazım olduğu haqqında bilmək istəyir.

“Ölçüsündən asılı olmayaraq hər bir təşkilat və sənayenin təcavüzkarların əlinə keçə biləcək intellektual mülkiyyət, maliyyə və şəxsi informasiya kimi dəyərli məlumatları var. Kiçik şirkətlər tez-tez təchizat zəncirinin bir hissəsi kimi çıxış edir və təcavüzkarlar daha iri şirkətlərin şəbəkəsinə sızmaq üçün çoxmərhələli əməliyyatlar çərçivəsində həmin kiçik şirkətlərin şəbəkələrinə girişdən istifadə etməyə can atırlar. Amma biznesi təkcə hədəf hücumları təhdid etmir, yoluxmalar çox tez-tez təsadüfi seçilmiş qurbanlara kütləvi zərərli proqram göndərişləri vasitəsilə də baş verir. Kiçik şirkətlər korporasiyalara nisbətən daha pis qorunduğundan daha asan hədəfə çevrilirlər”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky kiçik şirkət sahiblərinə tövsiyə edir:

• xüsusi olaraq hazırlanmış “Kiçik biznes üçün kibertəhlükəsizlik şparqalkası”-nı nəzərdən keçirin;
• əməkdaşlara müntəzəm olaraq əsas təhlükəsizlik tədbirlərini xatırladın: şübhəli mesajları açmamaq, müxtəlif hesablar üçün fərqli və mürəkkəb şifrələr düşünmək və onları tez-tez dəyişmək;
• sistem administratorlarına iş cihazlarının təhlükəsizliyini uzaqdan vahid panel vasitəsilə idarə etməyə imkan verən, məsələn, Kaspersky Endpoint Security Cloud kimi etibarlı və rahat qoruma həllərindən istifadə edin.
* “Kiçik və orta biznes pandemiyada necə sağ qalır” Kaspersky-nin sifarişi əsasında Arlington Research müstəqil tədqiqat agentliyi tərəfindən 2021-ci ildə dünyanın 22 ölkəsində aparılıb. Sorğuda 250-dək əməkdaşı olan təşkilatlardan 3 150 rəhbər şəxs iştirak edib.

Sevinc
Xəbəri paylaş