Newscenter.az.22.10.2021. 24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayonu sakinləri, habelə Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlarımız tərəfindən Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, görüşdə millət vəkili K.Nurullayeva vətəndaşlarımızı fərdi formada dinləyərək, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.
Deputat Qərargahından verilən məlumata əsasən, qəbul zamanı görüş iştirakçıları tərəfindən səsləndirilən əsas problemlər sırasında aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, fərdi yaşayış evinin tikilməsində yaranan anlaşılmazlıq və vətəndaşlarımızın məşğulluq səviyyəsinin artırılması ilə bağlı məsələlər başlıca yer almışdır. Qəbulun sonunda millət vəkili görüş iştirakçılarının diqqətinə çatdırıb ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.
Ruhiyyə