Newscenter.az.22.10.2021. İkinci Qarabağ müharibəsindən bir neçə ay əvvəl Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan general Polad Həşimov Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb. Ödül oktyabrın 21-də Ankarada baş tutan mükafatlandırma mərasimi zamanı şəhid Polad Həşimovun anası Səmayə Həşimovaya təqdim edilib.
Newscenter.az-ın EkoAvrasiyaya istinadən verdiyi xəbərə görə, Ankarada baş tutan mükafatlandırma mərasimində şəhid Polad Həşimovun ödülü onun anası Səmayə Həşimovaya Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, EkoAvrasiya təmsilçisi, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçla birlikdə təqdim edilib.
Mərasimdə çıxış edən EkoAvrasiya rəhbəri Hikmət Eren rəhbərlik etdiyi qurumun fəaliyyətindən həs edib. O bildirib ki, EkoAvrasiyanın əsas fəaliyyəti Türk dünyası və Avrasiya ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək və bu əlaqələrə yardımçı olmaqdır.
Çıxışında “Avrasiya Hizmət Ödülü”nün şəhid general Polad Həşimovun anası Səmayə Həşimovaya təqdim etməkdən qürur duyduqlarını dilə gətirən Hikmət Eren şəhdin ailəsinin də belə bir mükafatı məmuniyyətlə qarşıladığını vurğulaylb və bundan dolayı Səmayə Həşimovaya təşəkkürünü ifadə edib. Sonra Hikmət Eren “Şəhid general Polad Həşimovu rəhhmət və ehtiramla anırıq” deyə fikirlərini sona çatdırıb.
Qeyd edək ki, bir müddət əvvəl şəhid Polad Həşimovun ailəsinə İranın ali dini lideri Əli Xomaneyi tərəfindən “Qasım Süleymani Medalı” göndərilmiş, lakin ailə həmin medalı qəbul etməmişdi.
NEWSCENTER.AZ