Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İDDİA: Noyabrən 9-da Azərbaycan və Ermənistan arasında 2 mühüm sənəd İMZALANACAQ



Newscenter.az.23.10.2021. Noyabrın 9 -da Moskvada Azərbaycan və ermənistan rəhbərləri arasında görüş keçiriləcək. Görüşdə iki sənəd imzalanması gözlənilir.

Newscenter.az-ın beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyevaya istinadən verdiyi xəbərə görə, birinci sənəd Azərbaycan və ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına aiddir:

"Daha öncə də dəfələrlə qeyd etdiyimiz kimi, iki ölkə arası dövlət sərhədi SSRİ dövrünün xəritələri əsasında demarkasiya və delimitasiya olunur.
Bu sənədin imzalanması həm də Azərbaycan və ermənistanın bir -birlərinin sərhədlərini və deməli ərazi bütövlüyünü tanıması deməkdir. Zəngəzura qayıdırıq deyəndə elə bilirdilər zarafat etmişdik?".

Ekspert qeyd edib ki, imzalanması nəzərdə tutulan ikinci sənəd Azərbaycanla Naxçıvan arasındakı yol dəhlizləri də daxil olmaqla bölgədəki kommunikasiyaların blokadadan çıxarılmasına aiddir.

Mehman
Xəbəri paylaş