Newscenter.az.23.10.2021. "Ermənilər Azərbaycan mediası üzərində total izləmə mexanizmi qurublar".
Nwscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov bildirib ki, erməni xalqı barədə istənilən steqmatik fikirləri toplayırlar:
"Onlara burdakı dostları da bu işdə kömək edir. Bu yaxınlarda da bizim dərslikləri (1-ci sinifdən başlamış 11-ci sinif də daxil olmaqla) təhlil edib onların yanaşmasına görə irqi ayrı-seçkilik yaradan fikirləri toplayıb xüsusi yaradılmış sayta yerləşdirblər. Mən illərdir ki, erməni dərsliklərinin təhlil olunmasını təklif edirdim. Fikir verən olmadı. Uzağı 15 metr asfatın pulu tələb olunur".
Sahib Məmmədov hesab edir ki, ən azı ictimai xadimlər, deputatlar, jurnalistlər leksikonlarına bir qədər fikir versə yaxşıdır:
"Mənim BMT-nin veb səhifəsində ermənilərin Azərbaycan (türk) xalqına qarşı irqi zəmində fəaliyyətlərinə dair bir hesabatım var. Maddi imkanım olsaydı birini də hazırlayardım".
Mehman