Newscenter.az.23.10.2021. Hacıqabulda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı yol polisi profilaktik tədbirlər keçirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlar veriblər.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər də aşkarlanıb.
Qaydaları pozan sürücü və sərnişinlər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Mehman