Newscenter.az.23.10.2021. Milli Məclisin deputatı Jalə Əhmədova “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılovla görüşüb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə özünün facebook səhifəsində məlumat verən millət vəkili bildirib ki, görüşdə Salyan sakinlərini narahat edən bir neçə məsələ, o cümlədən ölkə üzrə aqrar sahənin inkişaf etdirilməsi və su təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud su ehtiyatlarından səmərəli istifadə olunmanın rolu və s. bir çox məsələlər müzakirə edilib:
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılova vaxt ayırıb məni qəbul etdiyinə görə təşəkkürlərimi bildirir, ölkəmizin inkişafı naminə şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıram».
Ruhiyyə