Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xızı və Şabran rayonlarında COVİD-19 əleyhinə profilaktik tədbirlər keçirilib



Newscenter.az.23.10.2021. Nazirlər Kabineti yanında Operativ Qərərgahın Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə müəyyən etdiyi qaydaların yerinə yetirilməsi istiqamətində Xızı və Şabran Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Newscenter.az xəbər verir ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə bəzi vətəndaşların hələ də karantin rejiminin tələblərinə laqeydlik nümayiş etdirdiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.

Tədbirlər zamanı vətəndaşlara bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılması olduğu barədə məlumat verilib.

Mehman
Xəbəri paylaş