Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda “İordaniya uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb-FOTOLAR



Newscenter.az.24.10.2021. Oktyabrın 23-də İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə azyaşlı rəssamların “İordaniya uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb.

Newscenter.az xəbər verir ki, sərgi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşəbbüsü və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunub.

İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzin direktoru İslam Baxşəliyev, Xalq rəssamı Arif Hüseynov iştirak ediblər.

Azərbaycanda ilk dəfə təşkil olunan İordaniyaya həsr olunmuş sərgidə 50-dən çox fırça ustasının əsəri nümayiş olunub. Sonda sərgiyə qatılan balaca fırça ustalarına sertifikatlar təqdim edilib.

Sərgidə KamART İncəsənət Qalereyasının dərnək üzvləri də iştirak edib, 5 nəfər iştirak etdiyi üçün Sertifikatla təltif edilib, Fatimə Bağırova isə 3-cü yerin qalibi seçilib.

NEWSCENTER.AZ
Xəbəri paylaş