Newscenter.az.24.10.2021. Gürcüstan-Ermənistan sərhədində 4,4 maqnitudalı zəlzələ baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 21:04-də qeydə alınıb. Zəlzələ Tbilisidə də hiss olunub.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.