Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda şadlıq evinin sahibi məsuliyyətə cəlb olunub



Newscenter.az.25.10.2021. Şabranda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Çinar” şadlıq sarayında təşkil edilən toy mərasimində 175 nəfərin iştirak etdiyi müəyyən olunub. Həmin obyektin sahibi Əhməd Şərifov və toy sahibi Anar Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.
Xəbəri paylaş