Newscenter.az.25.10.2021. Türkiyədə işgüzar səfərdə olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Türk Şurası Media Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.
Newscenter.az xəbər verir ki, Ersin Tatar hər iki şəxsə Kıbrıs problemindəki son proseslər barədə məlumat verib. Görüşdə həmçinin ölkələr arasındakı əlaqələrin inkişaf etdirilməsi kimi məsələlər də müzakirə edilib.
Mehman