Newscenter.az.26.10.2021. Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov Azərbaycanın Milli Qəhramanı 1992-ci ildə Ağdərə üzərində vurulan Mi8 helikopterinin pilotu şəhid Ruslan Polovinkanın Zmiev şəhərində ailə üzvlərini ilə görüşüb.
Newscenter.az xəbər verir ki, fəxri Konsul Əfqan Salmanov Milli Qəhraman Ruslan Polovinkanın ailə üzvlərinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma işləri barədə məlumat verib.
Eyni zamanda milliyətindən asılı olmayaraq Azərbaycan xalqının üç rəngli ay-ulduzlu Azərbaycan bayrağı altında savaşmış və şəhid olmuş hər bir qəhramanı böyük ehtiramla yad etdiyini və qəlblərində yaşatdığını diqqətə çatdırıb. Bildirib ki, həm birinci həmdə ikinci Qarabağ müharibəsi zamanı Ukraynalıların Azərbaycan xalqını dəstəklədiyini və buna görədə onlara minnətdar olduğumuzu diqqətə çatdırdı.
Ruslan Polovinkanın ailə üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yaxından izlədiklərini və Azərbaycanın sürətli inkişafına sevindiklərini qeyd ediblər. Onlar Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinə torpaqları işğaldan azad etdikləri üçün təşəkkür edib və bunun onların övladlarının ruhunu şad etdiyini qeyd ediblər.
Daha sonra Zmiev şəhər adminstrasiyasında yerli iş adamları ilə görüş keçirilib. Görüş çərçivəsində fəxri konsul Əfqan Salmanov Azərbaycanın mövcud investisiya imkanları barədə iş adamlarına məlumat verib. Qeyd edib ki, Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının liberallaşdırılması və biznes üçün əlverişli mühitin yaradılması siyasəti həyata keçirilir. Ukraynadan olan iş adamlarını bu fürsəti dəyərləndirməyə dəvət edib.
Mehman