Newscenter.az.26.10.2021. "Respublikamızda mövcud sabitliyin pozulmasına yönələn bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək".
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində deyib.
O çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışıb.