Newscenter.az.26.10.2021. Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq çərçivəsində bu gün Qarabağ Zəfərimizin 1-ci ildönümünə həsr olunmuş beynəlxalq videokonfrans keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Ramil Həsən verib. Konfransın Azərbaycan tərəfindən moderatoru deputat Ramil Həsən, Türkiyə tərəfindən də AK Parti Xarici Əlaqələr şöbəsinin müdir müavini Mehmet Ceylan olacaq.
Ramil Həsən bildirib ki, tədbiri giriş və açılış nitqi Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov və AK Parti Sədrinin birinci müavini, İstanbul Millət Vəkili cənab Numan Kurtulmuş tərəfində ediləcək. Daha sonra beynəlxalq konfransda Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa Millət Vəkili cənab Efkan Ala çıxış edəcəklər. Videokonfransın gedişində Qarabağ Zəfərimizin qazanılmasında Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı altında müzəffər Azərbaycan ordusunun həyata keçirmiş olduğu misilsiz tarixi addımlar, torpaqlarımızın düşmən tapdağından azad olması, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının yeni bir təcəssümü olaraq Azərbaycan və Türkiyə Prezidentləri Cənab Rəcəb Tayyib Ərdoğan və Cənab İlham Əliyevin birlik və bərabərlik simvolu kimi bir-biriləri ilə qardaşlıq münasibətlərinin mükəmməl bir örnək təşkil etməsi kimi məsələlərlə bağlı fikirlər bölüşdürüləcək.
Mehman